Siyavuş Novruzov: Qadın var ki, hicab taxır, ancaq 50 minlik çanta gəzdirir

Mənim də tanıdığım o tip insanlar var ki, orucluq vaxtı 4-5 kq kökəlirlər. Orucluq təkcə yeməklə ölçülməməlidir. Bəzi məsələlər var ki insanlara düzgün çatdırılmır.

Buta.media xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və diniq urumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov Modern.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, orucluq tək qidada məhdudiyyət demək deyil: 

"Bütün cəhətlərdə məhdudiyyət deməkdir. Orucluq insan iradəsinin yoxlanılmasıdır. Görək insanın aclığa iradəsi çatır, yoxsa yox. Yalan danışmaq günahdırsa, orucluqda ikiqat günahdır. Bununla əlaqədar başqa məsələlər də var. Güman ki, siz də rastlaşmısınız. Götürək hicabı. O hərfi mənada izah olunmur. Hicab hicablı olmaqdan irəli gəlir. İnsanın tək baş nahiyəsinə hicab taxılmasından söhbət getmir. 

Danışığında da, yeməyində də davranışında da hicablı olmalısan. Əgər bunları etmirsə, bir cəhətlə hicablı sayılmırsan. Qadın var ki, hicab taxır. Ancaq 50 minlik çanta gəzdirir. Halbuki, kiminsə təhsilinə, ya da başqa vacib məsələlərə köməklik edə bilər. Eləsi var ki, sırf biznes yolu ilə deyil, oğurluq yolu ilə qazandığı gəlir hesabına 100 minlik maşında gəzir. Sual olunur: maşının qiyməti ilə hicab uyğun gəlirmi?! Orucluq da belədir. İradənin yoxlanılmasıdır". 

Siyavuş Novruzov bildirib ki, bizdə ziyalı sözünü başqa istiqamətə yönəldiblər. Hətta, elmi dərəcəsi olana ziyalı deyirlər. Elə deyil. İnsan çoban da ola bilər. Ancaq çox gözəl ziyalı ola bilər. 

O qeyd edib ki, 40 il fasiləsiz olaraq idmanla məşğul olur:

"Sərbəst güləş üzrə idman ustasıyam. Yaxın ətrafda olan uşaqlara müəyyən fəndləri göstərirəm". 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ