Bakıda qəbiristanlıqda məzar daşları dağıdıldı - Video

Bakı şəhər Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən qəbirstanlıqların birində qəbir daşları dağıdılıb.

DİN-in Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, naməlum şəxslər tərfindən bir neçə qəbir daşının dağıdılması ilə bağlı araşdırmalara başlanılıb:

“Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi açılıb. Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.

Tədbirlərinin nəticəsi ilə bağlı məlumat veriləcəkdir”.

Qeyd edək ki, sosial şəbəkələrdə Zabrat qəsəbəsində xristian qəbiristanlığında dağıntıların törədilməsini əks etdirən görüntülər yayılıb. Belə ki, Pasxa bayramı ilə əlaqədar qəbiristanlığa ziyarətə gələn şəxslər bəzi məzarların üzərindəki daşların sındırılmasının şahidi olublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ