“Bu il bayram namazı bəzi məscidlərdə aprelin 21-i saat 8:00-da, bəzilərində isə 9:00-da qılınacaq”.
Bu barədə “Qafqazinfo”ya Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, bayram namazının saatının seçilməsi məscidlərin icma rəhbərləri və imamların öhdəsinə buraxılıb: “QMİ-nin Şamaxı Astrofizika Rəsədxanasından aldığı məlumata əsasən, aprelin 21-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Bayram namazının qılınma saatı isə məscidlərin icma rəhbərləri və imamların öhdəsinə buraxılıb.
Bəzi məscidlərdə bayram namazı səhər saat 8:00-da olacaq. Məsələn, Əjdərbəy Məscidində bu saatda namaz qılınacaq. İcma rəhbərləri öz camaatını nəzərə alaraq bununla bağlı qərar verirlər.
Azərbaycanın bölgələrində və Bakı şəhərinin əksər məscidlərində isə namaz saat 9:00-da qılınacaq”.