Paşinyan: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır

 

Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və biz Ermənistan SSR-in bütün ərazisini Ermənistan kimi tanımaqla Azərbaycanın da eyni addımı atmasını gözləyirik. 

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə 2022-ci il üçün hökumət proqramının icrası ilə bağlı hesabatla çıxış edərkən deyib.

“Ermənistan və Azərbaycan arasında sülh sazişi o zaman realdır ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü birmənalı şəkildə tanısın və bu gün və əbədi olaraq bir-birinə ərazi iddiası irəli sürməməyi öhdəsinə götürsün”, - deyə Paşinyan bildirib.

O, bu barədə Azərbaycan prezidenti İlham Əliyevlə Praqa və Soçi görüşlərində razılaşdığını bildirib.

“Bir daha təsdiq etmək istəyirəm ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır və Ermənistan SSR ərazisini Ermənistanın ərazisi kimi tanımaqla Azərbaycanın da eyni addımı atmasını gözləyir”, - o deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ