Bayramov Ermənistanı Azərbaycan əsgərlərini dərhal azad etməyə çağırıb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüş zamanı Ermənistanda saxlanılan iki hərbçimizin məsələsini müzakirə edib.

Nazir Azərbaycanın iki hərbçisinin əsir götürüldüyü, əsirlərdən birinə qarşı fiziki zorakılıq tətbiq edildiyi, onların dərhal azad edilməsinin vacib olduğunu bildirib.

XİN başçısı əlavə edib ki, Ermənistan üçtərəfli bəyanat çərçivəsində öhdəliklərini yerinə yetirmir.

Ceyhun Bayramov Ermənistanın qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmadığını, Azərbaycanın 8 kəndini işğal altında saxladığını, mütəmadi hərbi və siyasi təxribatlarını davam etdirdiyini diqqətə çatdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ