Beyləqanda maşın kanala aşıb. “Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Daşburun kəndində, Yuxarı Qarabağ kanalının kənd ərazisindən keçən hissəsində baş verib.
İlkin ehtimallara görə, körpüdən keçən avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz idarəetməni itirərək maşını kanala aşırıb.
Əraziyə xilasedicilər cəlb olunub. Maşın kanaldan çıxarılıb. Sürücünün axtarışları davam etdirilir.
Bildirilir ki, T.Ağayev hərbi qulluqçudur.