Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli işdən ayrılıb

Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli işdən azad edilib.

67 yaşlı katib öz istəyi ilə işdən çıxma ərizəsi yazıb. Ərizə Ali Məhkəmənin sədri İnam Kərimov tərəfindən qəbul edilib. Hələlik onun yerinə təyinat yoxdur.

Məlumatı Ali Məhkəmədən “Qafqazinfo”ya təsdiq ediblər.
Qeyd edək ki, A.Məmmədli 1956-cı ildə Babək rayonunda doğulub. O, uzun illərdir, Ali Məhkəmənin mətbuat katibi idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ