Prezidentin kənd təsərrüfatı naziri təyin etdiyi şəxs kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Məcnun Məmmədov kənd təsərrüfatı naziri təyin edilib.

Bu vəzifəyə təyin edilənədək M.Məmmədov bir sıra şirkətlərdə rəhbər vəzifələrdə çalışıb. Azərbaycan Dövlət İqtisad Universitetinin və Lahor İdarəetmə Elmləri Universitetinin məzunu olan 42 yaşlı M.Məmmədov son illərdə iri kənd təsərrüfatı müəssisələrinə rəhbərlik edib. O, əsasən Abşeronda zeytun və badam bağları salan “Grand-Agro” MMC-nin direktoru, son olaraq isə “Agro Food Investment” MMC-nin direktoru vəzifəsini icra edib.

Bundan başqa Məcnun Məmmədov daha əvvəl “PMD Group”, “Modern Group”, “AER” MMC, “Deloitte Touche Ltd.” “ABN AMRO Bank Kazakhstan” kimi şirkətlərdə də çalışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ