Çingiz Abdullayev: Mənim adımdan aksiyaya çağırış edənlər təxribatçıdılar - VİDEO

Abdullayevin də adı hallandırıldı. Bəziləri onun adından mitinqə çağrış belə etdilər. 

Buta.media Lent.az-a istinadən xəbər verir ki, Çingiz Abdullayev İctimai Televiziyaya bu hadisə barədə geniş məlumat verib: 

“Mən Ağdamda səfərdə idim, yolda gələrkən mənə zəng oldu ki, bəs “İçərişəhər”i sındırılar, uçurdular və s. Bildirdim ki, mən bilmirəm orada nə edirlər, amma belə bir şey olarsa bu insanların heysiyyatına toxunar. Bir jurnalist yazdı ki, Fransada  Notr-Dam kilsəsi kimi, bizdə də “İçərişəhər” müqəddəs hesab edilir. Mən ona cavab verdim ki, bu məsələni mütləq araşdıraq, hələ bilmirəm ki, orda nəyi sındırıblar? Bildirdim ki, bu barədə insanlara demək lazımdır. Bakıya gəlndə gördüm ki, mənim postumu nə qədər insan paylaşıb. İndi də deyirəm ki, Bakını müdafiə etmək üçün hər zaman mitinqə çıxmağa hazıram”.

Yazışı deyir ki, “İçərişəhər” onun üçün çox müqəddəsdir: 
 
“Mən o ərazilərdə böyümüşəm. Uşaq bağçam indiki İran səfirliyi olub. Yəni bu mənim rayonumdu. Bakıya gələn kimi getdim ora və gördüm ki, heç nə yoxdu. Heç nə sökülməyib. Sadəcə bir restoranda özləri bərpa işləri aparırlar. Bax burada sizə açıq deyirəm heç kəsdən qorxub çəkinmirəm. Amma mənim adımdan aksiyaya çağırış edənlər təxribatçıdılar. Heç vaxt xain olmamışam. Belələrinə də nifrət etmişəm”.

Yazıçının geniş müsahibəsini təqdim edirik: 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ