Sosial şəbəkələrdə Ermənistanın Sünik bölgəsində saxlanılan Azərbaycan hərbi formasında olan şəxsin görüntüləri yayılıb.
Kadrlarda həmin şəxsin döyüldüyü, işgəncəyə məruz qaldığı görünür.
Bundan əvvəl, Ermənistan Müdafiə Nazirliyi bildirib ki, aprelin 13-ü Ermənistan ərazisində itkin düşən azərbaycanlı hərbçi saxlanılıb.
Xatırladaq ki, aprelin 10-u Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıblar. Onlardan biri aprelin 11-i saxlanılıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin aprelin 10-u yaydığı rəsmi məlumata görə, əsgərlər - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Sözügedən əsgərlərin yaxınları onların aprelin 5-i itkin düşdüklərini bildiriblər.