Ceyhun Bayramov Ermənistana xəbərdarlıq edib

Ermənistan bu təhlükəli və təhrikedici addımlarından çəkinməlidir, bunun nəticələri Ermənistan üçün ağır ola bilər, necə ki, bu dünən belə oldu.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Şimalı Makedoniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani ilə birgə mətbuat konfransında bildirib.

Xarici işlər naziri qeyd edib ki, təxribat baş verən yerə yaxın ərazilərdə sürətli quruculuq işləri gedir: 

“Bu təxribatların törədilməsi bizim vətəndaşlarımızın azad olunmuş ərazilərə qayıtmasına mane olmaq istiqamətində atılan addım kimi başa düşülə bilər”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ