Azərbaycanda lüks avtomobilləri yandırdılar - video

Göygöldə 2 lüks avtomobil yandırılıb. “Qafqazinfo”nun məlumatına görə, bir nəfər rayon sakini “Porche” və “BMW” markalı avtomobillərə yandırıcı maddə tökərək od vurub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məsələ ilə bağlı bildirib ki, Göygöl Rayon Polis Şöbəsinə rayonun A.Hacıyev küçəsində BMW və “Porche” markalı minik avtomobillərin yanması ilə bağlı məlumat daxil olub:

“Dərhal Rayon Polis Şöbəsinin və Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəlib. Yanğın qısa zamanda söndürülüb, xəsarət alan olmayıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Fərid Hacıyev saxlanılıb. Araşdırmalar davam etdirilir”.

Həmçinin məlum olub ki, avtomobilləri yandıran şəxs 1-ci Qarabağ Müharibəsinin şəhidi Aydın Hacıyevin oğludur. Maraqlıdır ki, o, hadisəni də elə atasının adına olan küçədə törədib.

F.Hacıyevin əvvəllər də narkotik və digər cinayətlərə görə həbs olunduğu bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ