Yeni trend: Bakıda daha bir sürücü avtomobili arxa-arxaya sürdü - video

Bakıda daha bir sürücü avtomobilini nəqliyyat vasitələrinin axını istiqamətində, amma geriyə idarə edib. 

Bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Belə ki, VAZ-21099 markalı 24-BD-091 dövlət nömrə nişanlı avtomobilin sürücüsü paytaxtın “20 Yanvar” metro stansiyası istiqamətində, tunelin içinə doğru nəqliyyat vasitəsini geriyə sürüb.

Sürücünün bunu hansı səbəbdən etdiyi məlum deyil. 

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, yeni trendə qoşulanlarla bağlı, eləcə də videogörüntüləri yayılan VAZ-21099 markalı avtomobilin sürücüsü ilə bağlı araşdırma aparılır, tədbir görüləcək.

Qeyd edək ki, bir neçə gün öncə Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında yolda hərəkət istiqamətində “Volkswagen Touareg” markalı avtomobil qarşısında DYP avtomobilini görüncə geriyə doğru hərəkət etməyə başlayıb

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ