Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi yaradılacaq.
Bu təşəbbüslə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev çıxış edib.
Azərbaycan Prezidenti İlham Əliyev isə bu təşəbbüsə görə həmkarına təşəkkürünü bildirib: “Bu, Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Xüsusən indi - biz 30 illik işğaldan sonra 10 min kvadratkilometrdən artıq ərazinin praktiki olaraq sıfırdan başlayaraq bərpa etməli olduğumuz vaxtda”.