Əliyev Ermənistanla sülh müqaviləsi haqqında:"Bu iş başlanıb, amma istədiyimiz kimi rəvan getmir”

Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması məsələsində Qazaxıstanın mövqeyinə görə Prezident Tokayevə təşəkkür edib.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında dövlət başçısı qeyd edib ki, o, həmkarını normallaşmaya dair danışıqlar prosesinin indiki statusu barədə məlumatlandırıb.

“Biz normallaşma əzmindəyik və İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağı təklif etdi. Praktiki olaraq bu iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir. Lakin bunun alternativi yoxdur”, - deyə dövlət başçısı vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ