Bakıda sexdə yanğında iki nəfər ölüb

Bu gün saat 05:00 radələrində Bakıda Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən masa və oturacaqların hazırlanması sexində yanğın olub.

Hadisə zamanı 2 nəfər sexin içərisində yanaraq ölüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən yanğın söndürülüb.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir və araşdırma aparılır.

Qeyd edək ki, yanğın zamanı 370 kvadrat metr sahəli sexin 44 kvadratlıq hissəsi yanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ