Aeroport yolunda dəhşətli qəza - Xeyli yaralı var - YENİLƏNİB

Bakıda kommunal xidmət avtomobilinin sərnişin avtobusuna çırpılması nəticəsində 24 nəfər xəsarət alıb.

Buta.media Report-a istinadən xəbər verir ki, yaralılardan 21-i böyük, 3-ü uşaqlardır.

Yaralılardan 8-i hazırda xəstəxanada müalicə alır. Qəza zamanı xəsarət alan uşaqlar da daxil olmaqla, digər yaralılar evə buraxılıb. 

Qeyd edək ki, şəhər istiqamətində hərəkət edən kommunal xidmət avtomobili arxadan Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən, 10-TG-909 Dövlət qeydiyyat nişanlı 171 saylı sərnişin avtobusuna çırpılıb.

Hadisə nəticəsində avtobusun 24 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

19:59

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Buta.media Report-a istinadən xəbər verir ki, hadisə aeroport yolunda, "Buta Palace" yaxınlığında qeydə alınıb.

Belə ki, Bilgəh qəsəbəsi - "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edən 171 saylı sərnişin avtobusu zibil daşyan avtomobillə toqquşub. Hadisə nəticəsində avtobusun azı 10 sərnişini xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.  

Qeyd edək ki, daha əvvəl də 171 saylı sərnişin avtobusu "Mercedes"lə toqquşub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ