Azərbaycandan gələn humanitar yardım Kiyevin anbarlarında çürüyür

Ukrayna Baş Prokurorluğunun prokurorları Ukrayna Milli Polisinin Baş İstintaq İdarəsinin müstəntiqləri ilə birlikdə uzun müddətdir Kiyevin Solomenski rayonundakı anbarlarda külli miqdarda saxlanılan humanitar yardım aşkar ediblər. Bu barədə Baş Prokurorluğun yaydığı məlumatda deyilir.

İbtidai istintaq zamanı Kiyevdəki anbarlarda yoxlamalar aparılıb, yoxlamalar zamanı müxtəlif donor ölkələrdən: Polşa, Böyük Britaniya, Azərbaycan və s.-dən onlarla ton humanitar yük aşkar edilib.

Ukrayna Sosial Siyasət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində bu humanitar yardımın paylanması və təyinatı üzrə istifadəsi proseduruna başlanılıb. Rəsmi tapılan yük Müdafiə Nazirliyinə, Beynəlxalq Legionun gürcü silahlılarına, Milli Qvardiyaya və digər alıcılara göndərilib.

Prokurorluqdan bildirilib ki, cinayətdə iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ