Bakı və Abşeronda məktəblilər arasında virus yayılıb - Nazirlikdən açıqlama

Məktəblilər arasında suçiçəyi virusu yayılıb. Virusa görə məktəbə getməyənlərin sayında artım müşahidə olunur.

Suçiçəyi virusuna daha çox paytaxtın Yasamal və Qaradağ rayonlarında, Abşeronun Masazır qəsəbəsi və Xırdalan şəhərində, eləcə də Sumqayıt şəhərində rast gəlinir.

Təhlükəli xəstəlik sayılan suçiçəyinə görə həkimlər valideynləri diqqətli olmağa çağırıblar. Vaxtında müalicə prosesinə başlanılmazsa, bu, uşaqların aylarla xəstəxana şəraitində qalması ilə nəticələnə bilər.

“Suçiçəyi xəstəliyinin artımı qışın sonu, yazın əvvəllərində təbii olan prosesdir. Hazırda yaz mövsümü ilə əlaqədar xəstəlik hallarının sayı azalmaqdadır. Epidemioloji vəziyyət nəzarət altındadır”. - Səhiyyə Nazirliyindən qeyd edilib.

Qeyd edək ki, həkimlər suçiçəyi virusunun ömrünün minimum 21 gün olduğunu bildirirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ