“Hesab edirəm ki, qalan əməkdaşları da rədd olub getməlidir və o səfirlik adlanan casus, intriqa yuvası bağlanmalıdır”.
Bunu Sosial siyasət komitəsinin sədri Musa Quliyev də İranla bağlı məsələyə münasibət bildirib.
Komitə sədri əlavə edib ki, İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunan terrorçuların və təxribatçıların qısa müddət ərzində aşkarlanıb tutulması Azərbaycanın hüquq mühafizə orqanlarının yüksək peşəkarlığının göstəricisidir:
“Hesab edirəm ki, terrorçu-təxribatçı qrup və şəbəkə daha geniş şəkildə üzə çıxarılamalı, maliyyələşdirmə mənbələri, bütün əlaqələri, müxtəlif özəl və dövlət qurumlarına sızıntıları aşkarlanmalı və təhlükəsiz vəziyyətə gətirilməlidir. Dini inanclı insanlarımızın radikallaşdırılmasına aparan bütün yollar bağlanmalıdır. İran siyasiləri anlamalıdırlar ki, demokratik, hüquqi, suveren Azərbaycan dövlətini təhdid etmək fars molla rejiminin nə başı, nə əmmaməsi üçündür”.
Dərinə getmək istəmirdik, çünki beynəlxalq münasibətlər var və əsas işimiz Ermənistanla idi. Amma görünür, İran min illik xasiyyətindən, xarakterindən yenə də əl çəkməyib”,deputat Nizami Cəfərov Milli Məclisin iclasında əlavə edib.
Deputat qeyd edib ki, İran 7-ci əsrdən 20-ci əsrin əvvəllərinə qədər Azərbaycan xalqının hüquqlarını pozduğu kimi indi də həmin xüsusiyyətlərini davam etdirir: “İslam düşüncələri tarixində İran həmişə atəşpərəst olub. İran qədər İslama xəyanət edən ikinci ölkə yoxdur. Onların düşüncəsində, təfəkküründə, hətta mədəniyyətlərində belə İslam deyəndə Avestanı nəzərdə tuturlar. Bu yenə də davam edir, lakin prinsipial səhvlərlə baş verir. İran Azərbaycan parlamentindən nə gözləyir?! Parlamentimiz dəfələrlə İrandakı Azərbaycan xalqına azadlıq, təhsil, məktəb istəyib. Baxın biz sizdən bunu istəyirik”.