Bakıda sərnişin avtobuslarını yüksək sürətlə idarə edən sürücülərin görüntüləri yayılıb.
"Qafqazinfo" xəbər verir ki, görüntülərdə onların öz aralarında ötüşdüyü və sərnişinlərin həyatını riskə atdığı qeyd edilib.
Bakı şəhər DYPİ-nin rəsmisi Araz Əsgərli bildirib ki, araşdırma nəticəsində sürücülərin kimliyi müəyyənləşdirilib: "Artıq sürücülərdən biri saxlanılıb və barəsində toplanılmış materiallar Nizami rayon Məhkəməsinə təqdim edilib.
Nizami rayon Məhkəməsinin qərarı ilə sürücü 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə edilib. Hazırda yarışa çıxan digər avtobus sürücüsü barədədə qanun çərçivəsində lazımi təddbir görülməsi üçün toplanmış material məhkəməyə təqdim edilib".