Azneft dairəsi iki günlük bağlanır

Bakının mərkəzi prospektində asfalt örtüyü dəyişdirilir.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli  bildirib ki, paytaxtın Azneft dairəsində asfalt örtüyünün dəyişdirilməsi məqsədilə təmir bərpa işləri aparılır:

"Bu gün saat 16:00-dan etibarən sabah günün sonunadək ərazi bağlanacaq. Bunu nəzərə alaraq sürücülərdən həmin ərazilərdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməyi xahiş edirik".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ