Xarici İşlər Nazirliyinin “persona-non-grata” elan etdiyi İran səfirliyinin diplomatlarının adları məlum olub.
APA xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:
Mirmahdi Mirsalampur Şərif;
Qurbanəli Purmərcan Varcovi;
Hadı Moğadam;
Əsgər Bahari Xoş Mənzər.
Qeyd edək ki, aprelin 6-da İran Səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.