Bakı şəhərində fəaliyyət göstərən məktəblərin birində şagirddə vərəm xəstəliyi aşkar edilib.
136 nömrəli tam orta məktəbdən Oxu.Az-a bildirilib ki, 31 mart 2023-cü il tarixində məktəbin 8ç sinif şagirdində (müəyyən səbəblərdən şagirdin adı qeyd olunmur) vərəm xəstəliyi aşkarlanıb:
“Məktəbli martın 10-dan dərs prosesində iştirak etməyib.
X sinifdə oxuyan bacısı isə 31 mart tarixindən etibarən məktəbə gəlmir. Xəzər Rayon Gigiyena Epidemiologiya Mərkəzi tərəfindən sinifdə dezinfeksiya işləri aparılıb.
Həmçinin şagirdin sinif yoldaşlarına peyvənd vurulub”.