Neftçalada su hovuzunda partlayış olub: Ölən var

Neftçala rayonunda fərdi yaşayış evinin həyətyanı sahəsindəki su hovuzunda partlayış baş verib. 

Buta.media-nın məlumatına görə, “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Cangan kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Vasif Məzahim oğlu Nəcəfov həyətdəki hovuza su nasosu (elektrik) ilə su vururmuş. Bu zaman təzyiqə dözməyən su hovuzunda partlayış baş verib. Nəticədə ev sahibi mişar daşları altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ