Bakı-Salyan yolunda ağır qəza: üç nəfər öldü

Bakı-Salyan yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı ölüm və xəsarət alanlar var.

Oxu.Az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyib ki, hadisə nəticəsində üç nəfər ölüb:

“İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb. Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü və beş yaşlı uşaq isə xəsarət alıb”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ