Yağışlı hava nə qədər davam edəcək?

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti aprelin 2-si gündüzdən tədricən kəsiləcək, ayın 3-4-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

Qeyd edək ki, aprelin 2-nə olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb, aprelin 1-i gündüzdən qərb küləyi tədricən mülayimləşib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ