Həkimlər deputat Fazil Mustafaya danışmağa icazə vermirlər

Xəbər verdiyimiz kimi, martın 28-də sui-qəsddən sağ çıxan deputat Fazil Mustafa bir neçə gündür reabilitasiya kursu keçir.

News.24 saytı deputatın səhhəti ilə bağlı məlumat almaq üçün onunla əlaqə saxlamağa çalışıb. Zəngə millət vəkilinin həyat yoldaşı Zülfiyyə Mustafa cavab verib:

“Şükür Allaha, indi yaxşıdır. Yaralar sağalır. Özünü yaxşı hiss edir, amma həkimlər hələ ki, danışmağa icazə vermir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ