Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov əlavə edib ki, sərnişinin əlində olan xlor dezinfeksiya məqsədi üçün nəzərdə tutulub və toz halında paketdə olub.
“Daşınan kimyəvi təmizləyici maddənin toz halında olan digər təmizləyici (xlor) maddə ilə reaksiyaya girməsi nəticəsində ani alışma baş verib. Operativ şəkildə müdaxilə edilib, bütün müvafiq təhlükəsizlik tədbirləri görülüb. Sərrnişinlər arasında xəsarət alan olmayıb. Hazırda araşdırma davam edir. Onu da qeyd edək ki, həmin təmizləyici maddənin metropoliten daxilinə buraxılmasına məhdudiyyət yoxdur”,- B.Məmmədov deyib.
16:53
“Bakı metropoliteni” QSC-nin "Gənclik" stansiyasında kimyəvi məhsul dağılması ilə bağlı hadisənin təfərrüatı bəlli olub.
“Bakı metropoliteni” QSC-nin yaydığı məlumatda bildirilir ki, metropoliten daxilinə buraxılmasına məhdudiyyət olmayan kimyəvi təmizləyici maddə toz halında olan digər təmizləyici (xlor) maddə ilə reaksiyaya girib.
“Nəticədə ani alışma baş verib. Operativ şəkildə müdaxilə edilib, bütün müvafiq təhlükəsizlik tədbirləri görülüb. Sərnişinlər arasında xəsarət alan olmayıb. Hazırda araşdırma davam edir”, - deyə məlumatda bildirilir.