YAP-çı deputat: Məndə lyuklara görə avtomobilimi ehtiyyatla sürürəm

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Mirkazım Kazımov bu gün Bakıda keçirilən "Formula 1” SOCAR Azərbaycan Qran Prisində  "Williams Racing” komandasının pilotu Corc Rasselin bolidinin drenaj lyukuna ilişərək qəzaya uğramasından danışıb. 

Buta.media Demokrat.az-a istinadən məlumat verir ki, deputat bu hadisənin xoşagəlməz hal olduğunu söyləyib:

"Bu cür mötəbər tədbirlərin keçirilməsinə bəzi qurumların laqeyd yanaşaraq, öz işlərinin öhdəsindən düzgün gələ bilməməsi təəssüf hissi yaradır. Mən dəqiq deyə bilmərəm ki, bu qəzada günahkarlar kimlərdir. Hər halda, o yol mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra idman maşınları ora buraxılıb. Əsas məsuliyyəti mütəxəssislər daşıyır. Çünki yolları onlar yoxlayıblar".

Mirkazım Kazımov Bakı şəhəri yollarında quraşdırılan lyuklara görə avtomobilini ehtiyyatla idarə etdiyini bildirib: 

"Bakıda lyuklar düzgün quraşdırılmadığı üçün mən maşını ehtiyatla sürürəm. Qorxuram ki, altını lyuka vuraram. Əlbəttə, bütün bunlar yaxşı hal deyil". 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ