İran Quru Qoşunları komandanı Azərbaycanı hədələdi - video

“Qafqazda bir neçə çox həssas məsələ var, onlardan biri də “Azərbaycan sərhədləri yaxınlığında sionist rejim elementlərinin olmasıdır”.

Bunu İran Ordusunun Quru Qoşunlarının komandanı Kiomars Heydəri deyib.

Onun sözlərinə görə, “İran sionist elementlərin region ölkələrində mövcudluğuna dözməyəcək və onlara qarşı çıxacaq”.

“Digər bir məsələ regionda dövlət sərhədlərinin dəyişdirilməsinin qanunsuzluğudur. İran qonşu ölkələrin sərhədlərinə hörmətlə yanaşır və onların dəyişdirilməsinə imkan verməyəcək”, - deyə Heydari tanklar qarşısında bildirib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ