Sabiq deputat Ərəstun Cavadov uzun sürən xəstəlikdən sonra vəfat edib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
O, 1948-ci il oktyabrın 20-də Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olub. Moskva Kooperativ İnstitutunun Əmtəəşünaslıq fakültəsini bitirib.
Ə.Cavadov 1967-ci ildən Azərbaycan İctimai Asayişin Mühafizəsi Nazirliyində elektrik, “Azərgeyimticarət” Bazasında əmtəəşünas işləyib. 1972-ci ildən Mərkəzi Univermaqda böyük anbardar, bölmə müdirinin müavini, bölmə müdiri, şöbə rəisi, 1992-ci ildən baş direktor vəzifələrində çalışıb. 1998–2005-ci illərdə “Mərkəzi Univermaq” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
O, Yeni Azərbaycan Partiyasının və III çağırış Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvü olub. Azərbaycan-Belarus, Azərbaycan-Belçika, Azərbaycan-Braziliya, Azərbaycan-İran, Azərbaycan-Lüksemburq, Azərbaycan-Moldova, Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin də üzvü olub.
Bundan başqa, IV çağırış Milli Məclisin Aqrar siyasət komitəsinin, Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Çin, Latviya, Litva, Moldova, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının, MDB-nin Parlamentləraras