Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın oğlu Cavidan İsmayılov saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1990-cı il təvəllüdlü İsmayılzadə Cavidan İlham oğlu İnterpol xətti ilə Çexiyada tutulub. Hazırda həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
İlham İsmayıl bildirib ki, oğlunun sərhəddə sənədlə bağlı problemi yaranıb:
“Hazırda vəkili problemi həll edir”.
Qeyd edək ki, Cavidan İsmayılov barəsində Azərbaycanda 2016-cı ildə cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham olunub. Belə ki, Cavidanın tanınmış şəxslərin etimadını qazanaraq, iş qurmaq adıyla 970 min avro pulu mənimsəmədiyi iddia edilib.
Həmin ərəfədə o, Almaniyada olub.