Kəmərlə sıxdım ki, qan itirməsin - Fazil Mustafaya kömək edən qardaşı oğlu

“Fazil əmim zəng etdi, ilk sözü bu oldu ki, “məni vurublar, tez gəl, evə daxil ola bilərlər”. Mən özümü çatdıranda artıq cinayətkarlar qaçmışdı”.

Bunu Gununsesi.info-ya açıqlamasında sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın qardaşı oğlu Toğrul Mustafayev deyib.

O bildirib ki, qan itirməməsi üçün əmisinin ayağını və qolunu kəmərlə sıxıb:

“Ağlıma ilk gələn yer “Semaşko” oldu. Gətirdim bura. Təmkinini itirməmişdi”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ