Qapıya bir-iki addım qalmış, ikinci güllə dəydi - Fazil Mustafa danışdı

Millət vəkili Fazil Mustafa Haqqin.Az saytına ötən gecə həyata keçirilən sui-qəsddən danışıb.

“Avtomobillə evə çatdım. Pultun düyməsini basdım, maşınını qaraja daxil etməyə hazırlaşırdım. Və birdən maşının ön şüşəsi silkələndi. Nə baş verdiyini başa düşmədim. Çiynimdə dəhşətli ağrı hiss etdim. Və yalnız ağrıdan sonra bunun atəş olduğunu başa düşdüm. Daha sonra yenidən atəş səsləri gəldi. Qapını açıb maşından çıxdım. Darvazaya doğru bir neçə addım qalmışdı ki, ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə getdim və dedim ki, tez qapını bağlayın. Evdəkilər də atışma səsinə həyətə çıxdılar. Qapını bağladıq. Təcili yardımı və polisi çağırdılar... Artıq təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənimdən titrəmə keçdi. Başqa heç nə xatırlamıram”, - deyə o bildirib.

Deputat əlavə edib ki, necə sağ qaldığını anlamayıb.

“Allah saxladı. Möcüzə baş verdi...”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ