Azərbaycanda İsrail institutu ilə birgə Kibertəhlükəsizlik Mərkəzi yaradılıb

Ölkədə getdikcə artan kibertəhlükəsizlik çağırışlarına cavab olaraq, “PAŞA Holding” Şirkətlər Qrupunun dəstəyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İsrailin texnologiya üzrə ən nüfuzlu ali təhsil müəssisəsi – “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzini təsis edib.

Bu barədə Nazirliyə istinadən xəbər verir.

Kibertəhlükəsizlik sahəsində regionda lider ölkələrdən hesab edilən İsrailin peşəkar müəllim heyəti Azərbaycana gələrək təlim iştirakçılarını ən son kibertəhlükəsizlik təhdidlərini, tendensiyaları və ən yaxşı təcrübələri əhatə edən bilik və bacarıqlarla təmin edəcəklər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ