ÜST Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycanı “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb.

Bu barədə ÜST-nin Avropa Regional Ofisi məlumat yayıb.

ÜST Azərbaycanla yanaşı, Tacikistanı da “malyariyadan azad” ölkə kimi sertifikatlaşdırıb.

Bildirilib ki, bu nailiyyət səhiyyə işçilərinin davamlı fədakarlığı, eləcə də malyariya hallarının məqsədyönlü şəkildə qarşısının alınması, erkən aşkarlanması və müalicəsi ilə mümkün olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ