Mədət Quliyevə yeni müavin təyin olundu

Azərbaycanda müdafiə sənayesi nazirinin müavini vəzifəsinə təyinat olub.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, sözügedən vəzifə Vüqar Valeh oğlu Mustafayevə həvalə edilib.

Qeyd edək ki, 37 yaşlı V.Musatafeyev əmək fəaliyyətinə 2006-2008-ci illərdə müxtəlif şirkətlərdə Təlim Koordinatoru, maliyyə və mühasibatlıq üzrə mütəxəssis işləməklə başlayıb.

2009-2012-ci illərdə “Ernst Young" beynəlxalq audit şirkətində baş mütəxəssis, 2012-2014-cü illərdə “Azerfon” MMC-də Daxili audit departamentinin direktoru, 2014-2022-ci illərdə isə “PAŞA Holdinq” MMC və ona daxil olan şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb.

V.Mustafayev bu təyinatadək “PAŞA Sığorta” və “PAŞA Həyat Sığorta” ASC-lərin Təftiş Komissiyalarının sədri olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ