“Formula-1” Azərbaycan Qran-prisinin başlaması ilə əlaqədar Azərbaycanın bəzi ali məktəblərinin əsas korpuslarında dərslər dayandırılıb.
Buta.media məlumat verir ki, ONA-nın xəbərinə görə, bunlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, UNEC və Qərbi Kaspi Universitetidir.
Hər 3 ali məktəbin mətbuat xidmətlərindən verilən məlumata görə, adıçəkilən universitetlərin əsas korpusları “Formula-1” yarışının keçirildiyi əraziyə düşdüyü üçün tələbələrə bu gün dərsə gəlməmək tapşırılıb.
Universitetlərin qalan korpuslarında isə tədris davam edir.