Oqtay Əliyevlə vida mərasimində Dilarə Əliyevanın halı pisləşdi - video

Avtoqəzada həlak olan tanınmış prodüser Oktay Əliyevlə vida mərasimində həyat yoldaşı Dilarə Əliyevanın halı pisləşib.

“Qafqazinfo”nun məlumatına görə, ona dərhal təcili tibbi yardım biriqadası tərəfindən tibbi yardım göstərilib.

Xatırladaq ki, ötən gün Bakı-Sumqayıt yolunda baş vermiş ağır qəza nəticəsində prodüser Oktay Əliyev dünyasını dəyişib.

Belə ki, hadisə zamanı avtomobili idarə edə sürücü Oqtay Əliyevin sükan arxasında qəfil ürəyi tutub, nəticədə onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, qum maneəsinə çırpılıb. O, hadisə yerində ölüb. 

Avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ