Bu gün insanlığa sığmayan görüntülər Baku.ws-in qaynar xəttinə göndərilib. Kadrlar Gəncə-Şəmkir yolunda çəkilib.
Videodan da göründüyü kimi iti avtomobilin arxasına bağlayıblar və sürüyürlər.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, şəxsin kimliyi müəyyən edilib və o məsuliyyətə cəlb olunub:
“Sosial şəbəkələrdə iti avtomobilin arxasına bağlayaraq sürüyən şəxsin Kəlbəcər rayon sakini Radil Orucov olması müəyyən edilib. Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində sürücünün yeri müəyyən edilərək polis şöbəsinə dəvət olunub. R.Orucovla profilaktiki söhbət aparılıb və inzibati məsuliyyətə cəlb edilib”.