Ağ Ev Azərbaycan və Ermənistana çağırış etdi

Ağ Ev Azərbaycan və Ermənistanı “eskalasiyanı azaltmağa” çağırıb.

Bu barədə “Turan”  agentliyi xəbər yayıb.

Jurnalistlərin Bayden administrasiyasının Qafqazla bağlı mövqeyi ilə bağlı sualına Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi belə cavab verib: 

“Biz bütün tərəfləri gərginliyi azaltmağa çağırırıq.Biz heç bir zorakılıq istəmirik və bütün tərəflərin gərginliyi azaltmaq üçün müvafiq addımlar atmasını istəyirik”.

Agentlik qeyd edir ki, Kirbi Rusiya hərbçilərinin Azərbaycanın Qarabağ bölgəsində olmasına ABŞ-ın münasibəti ilə bağlı suala cavab verməyib.

Ağ Ev sözçünün bəyanatları dövlət katibi Entoni Blinkenin Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə danışıqlarından sonra səslənib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ