Kriminal avtoritetin mahnısına rəqs edən tələbələrlə bağlı açıqlama - video

Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Azərbaycan Dillər Universiteti (ADU) və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) tərəfindən açıqlama verilib.

ADU-nun rektoru Kamal Abdulla və ADNSU-nun departament direktoru Bəhruz Nəzərov “Xəzər Ertəsi”nə mövzu ilə bağlı fikirlərini bildiriblər. 

Qeyd edək ki, bir neçə gün öncə ADU və ADNSU-da tələbələrin kriminal aləmə məxsus şəxsin adının hallandığı mahnıya oynamalarının görüntüləri yayılıb. Hər iki universitetdə keçirilən Novruz şənliyində səslənən musiqi birmənalı qarşılanmayıb. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ