Nizaməddin Quliyevin qardaşı oğlu faciəvi şəkildə öldü - foto

Bu gün Naftalanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq maneə çırpılıb. Qəza nəticəsində sürücü, 1990-cı il təvəllüdlü Cavid Quliyev hadisə yerində dünyasını dəyişib.

C.Quliyevin Goranboy Rayon İcra Hakimiyyətinin sabiq başçısı, həbsdə ölən Nizaməddin Quliyevin qardaşı oğlu olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ