Dumanlı hava nə vaxta kimi davam edəcək? - Açıqlama

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, küləksiz havada yer səthi effektiv əks  şüalanma nəticəsində soyuyur və buna görə də, yerüstü hava qatında duman əmələ gəlib.

"Naxçıvan, Culfa, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax,  Qrız, Lerik, Bakı, Sumqayıt, Maştağa, Binə, Pirallahı, Neft Daşlarında da duman müşahidə olunur və görünüş məsafəsi 200-500 metrədək məhdudlaşıb."

G.Məmmədova qeyd edib ki, dumanlı hava şəraitinin martın 21-dək fasilələrlə davam edəcəyi gözlənilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ