İranın şimal-qərbində 5,1 bal gücündə zəlzələ baş verib.
Bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Yeraltı təkanların episentri Xoy şəhərindən 27 kilometr cənub-şərqdə yerləşib. Dağıntı və tələfatla bağlı məlumat hələ ki məlumat daxil olmayıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 15:47-də Naxçıvan stansiyasından 131 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb.
Dərinliyi isə 10 km olan təkanlar Naxçıvan MR-də 5-3 bala qədər hiss olunub.