Bahram Bağırzadə arzusuna çatdı: Tağıyevin heykəli bu ərazidə ucaldılacaq

Hacı Zeynalabdin Tağıyevin heykəlin  “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada (İstiqlaliyyət küçəsi) ucaldılması nəzərdə tutulur.

Bu barədə Heydər Əliyev Fondundan Buta.media-ya məlumat daxil olub. 

Qeyd olunur ki, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan edib.

Ərizə və eskizlər iyunun 30-dək təqdim edilməlidir. 

Qeyd edək ki, bu il martın 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət, incəsənət xadimlərinin bir qrupu ilə görüşündə əməkdar artist Bəhram Bağırzadə ölkə rəhbərindən Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılmasını xahiş edib. Ölkə başçısı hər iki təkliflə bağlı Bakı Şəhərİcra Hakimiyyətinə müvafiq göstərişlər verib.

Bundan sonra meriya Bakının müxtəlif yerlərinə baxış keçirib və müvafiq küçələr seçib. Lakin Meriyanın təklif etdiyi yerlər nə Bəhram Bağırzadə tərəfindən bəyənilməyib.

Əməkdar artist öz təklif etdiyi yerlərə baxış keçirilmərisini israr edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ