Rüfət Səfərova küçədə hücum olub

Keçmiş prokuror Rüfət Səfərova qarşı zorakılıq olub. Bu barədə o, öz Facebook hesabında paylaşım edib. 

R.Səfərov bildirib ki, küçədə avtomobilinə əyləşərkən tanımadığı bir nəfər ona başla zərbə vurub. O, məsələ ilə əlaqədar polisə müraciət etdiyini deyib. Polis tərəfindən kameralar vasitəsilə R.Səfərova qarşı zorakılıq göstərən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Binəqədi RPİ əməkdaşları tərəfindən mübahisə tərəfi - 1961-ci il təvəllüdlü Məmmədxan Nəcəfov saxlanılıb.

Araşdırmalar davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ