Bakıda avtobusda əlbəyaxa dava: Cinayət işi açıldı - video

Avtobusda sərnişinlər arasında düşən dava ilə bağlı cinayət işi açılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. 

O bildirib ki, iki nəfərin dalaşmasını əks etdirən görüntülər tərəfimizdən araşdırılıb:

“Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü A.Talıblı barədə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Toplanan materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib”.

09:18

AzərbaycandaBakıda avtobusların birində iki şəxs arasında mübahisə dava ilə nəticələnib.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Görüntülərdə iki kişinin bir-biri ilə dava etməsi öz əksini tapıb.

Mübahisənin hansı səbəbdən baş verdiyi məlum deyil. sonuncu - İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) qeyd olunur.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ