Bakının məşhur kinoteatrı sökülür - FOTO

Bakının Qara Qarayev prospektində yerləşən məşhur “Sevinc” (Təbriz) kinoteatrı sökülmək üçün hasara alınıb.

Buta.media Unikal.org-a istimadən məlumat verir ki, ərazidə yaşayan sakinlər bildirib ki, hasara alınan kinoteatr sökülərək yerində bir neçə mərtəbəli ticarət mərkəzi, zirzəməsində isə geniş parkinq tikiləcək.

Məsələ ilə bağlı açıqlama verən Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov bildirib ki, adıçəkilən kinotetar Mədəniyyət Nazirliyinin balansında deyil. Həmin kinoteatr 2000-ci ilin əvvəllərində özəlləşdirilib.

Qeyd edək ki, 1970-ci illərdə istifadəyə verilən “Sevinc” (Təbriz) kinoteatrı uzun müddətdir fəaliyyət göstərmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ